Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AB-nin Rusiyaya qarşı qərarına veto qoymayacağıq

AB-nin Rusiyaya qarşı qərarına veto qoymayacağıq

Tarix: 19 Fevral 2024 22:40

Macarıstan AB-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketini yanlış hesab etsə də, veto qoymaycaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Brüsseldə Avropa Birliyi ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"13-cü sanksiya paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün oldu. Ona görə də hesab edirik ki, vetodan istifadə etmək məntiqsiz olardı. Eyni zamanda hesab edirəm ki, Avropa Birliyi yanlış qərar qəbul edir", - o bildirib.

Milli.Az


Etiketlər:  AB nin Rusiyaya qarşı qərarına veto qoymayacağıq


RƏYLƏR