Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 23:00
Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi günü münasibətilə Beynəlxalq muğam mərkəzində "Yer Üzünün Günəşidir Xeyirxahlıq" adlı tədbir keçirilib. 59 saylı uşaq bağçası və 229 saylı tam orta məktənin şagirdlərinin ifası dinlənilib.
Tədbirdə çıxış edən "Liatris Holding"in baş direktoru Ruhiyyə Əliyeva bildirib ki, uşaqlar bizim gələcəyimizdir və onlara qarşı həssas yanaşmalıyıq:
"Bugünkü tədbirin keçirilməsi mənim üçün çox həssas bir mövzudur. Çünki uşaqlar bizim gələcəyimizdir. Burda iştirak edən övladlarımızın hər biri xüsusi bir istedada sahibdir. Əminəm ki, siz gələcək həyatınızda istədiyiniz peşəyə yiyələcəksiniz. Biz də holdinq olaraq, digər təşkilatçılarla birlikdə istedadlı uşaqları dəstək verməyə daim hazırıq. Əziz balalar, siz xoşbəxtsiniz ki, bu günki bütöv Azərbaycanda yaşayırsınız. Sizin gələcəyiniz daha da işıqlı olacaq. Mən buna səmimi qəlbdən inanıram. Hər birinizə uğurlar arzulayıram".
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Firidunbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu, millət vəkilləri, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.