Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 23:30
"Qalatasaray" ilə "Fənərbaxça" arasında Superkubok oyunu aprelin ilk həftəsində keçiriləcək.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, oyunun tarixi və yeri ilə bağlı yeni açıqlama verilib.
Xəbərə görə; Türkiyə Futbol Federasiyası aprelin 3-də Şanlıurfada "Qalatasaray" - "Fənərbaxça" arasında Superkubok oyununu keçirməyi planlaşdırır.
Digər tərəfdən, bunun Qaziantep və ya Samsunda oynanma ehtimalının olduğu da istisna edilmir.
Məkan hələ müəyyən edilməsə də, çox güman ki, oyuun tarixi sıx oyun cədvəlinə görə aprelin ilk həftəsi olacaq.
İki komanda arasında baş tutacaq qarşılaşma Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilməli idi, lakin müxtəlif səbəblərdən ortaq qərarla ləğv olunub.
Türkiyə Futbol Federasiyasının yaxın vaxtlarda oyunla bağlı dəqiq açıqlama verəcəyi gözlənilir.