Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evdən cin çıxaracam deyib, ailə üzvlərini amansızlıqla öldürdü

Evdən cin çıxaracam deyib, ailə üzvlərini amansızlıqla öldürdü

Tarix: 20 Fevral 2024 18:18

İtaliyadan olan inşaatçı evdəki cindən qurtulmaq qərarına gəldiyi üçün bütün ailəsini öldürüb. Bu barədə "La Stampa" məlumat yayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Palermo şəhərinin kənarında yaşayan 54 yaşlı Giovanni Barekka 17 fevral şənbə günü polisə zəng edərək cinayətini etiraf edib. Kişi telefonda "Ailəmi öldürdüm, məni aparmağınızı gözləyəcəm... Evdə cin var idi" deyib.

Hadisə yerinə gələn polislər bağda yanan qadın qalıqları və iki uşağın cəsədini tapıblar. Onlar həmçinin Barekkanın şok vəziyyətində yataq otağında gizlənən 17 yaşlı qızını tapıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları belə qənaətə gəliblər ki, Barekka "cin çıxarmaq" məqsədilə ailəyə bir neçə gün işgəncə verib. Onun ilk qurbanı həyat yoldaşı, 40 yaşlı Antonella Salamone olub. Bədəni yanğından o qədər zədələnib ki, ölüm səbəbini müəyyən etmək mümkün olmayıb. Cinayətkar Salamonu yandırdıqdan sonra biri 16, digəri isə beş yaşında olan oğullarına keçib.

O, onları elektrik naqilləri ilə boğmazdan əvvəl zəncirləyib, ağzını bağlayıb və pokerlə döyüb. Ehtimallara görə, kişinin qızı narkotikin təsiri altında olub və ola bilsin ki, ailə üzvlərinin işgəncəyə məruz qalmasını seyr etməyə məcbur olub. Qonşular polisə bildiriblər ki, Barekka şeytanın düşüncələrinə aludə olub və tez-tez onlara qəribə məzmunlu qeydlər göndərib.

Şahidlərdən biri Salvatore Turco jurnalistlərə bildirib ki, Barekka bu işləri tək edə bilməz. Turco hesab edir ki, cılız bir insan olan Barekkaya kimsə kömək edib. Onun fikrincə, cinayətin digər üzvləri Barekkanın Yevangelist Kilsəsində tanış olduğu dini fanatiklər Massimo Karandente və Sabrina Fina olub. Polis hər ikisini saxlayıb və onlara qarşı ittiham irəli sürülüb.

Sağ qalan qız hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının himayəsindədir və təhlükəsiz yerdə yaşayır, ona psixoloji yardım göstərilir. O, bir İtalyan qəzetinə atasının onları şeytandan azad etmək istədiyini bildirib.

Milli.Az


Etiketlər:  Evdən cin çıxaracam deyib ailə üzvlərini amansızlıqla öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ