Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir zamanların məşhur modeli dini fəaliyyətlə məşğul olmağa başladı - VİDEO

Bir zamanların məşhur modeli dini fəaliyyətlə məşğul olmağa başladı - VİDEO

Tarix: 20 Fevral 2024 19:34

Bir zamanların məşhur modeli Yaşar Alptekin dindar olub. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o məscidlərdən birində çıxışı zamanı görüntülənib.

Videoda Yaşarın məscidə yığışanlar üçün dinə aid fikirlər səsləndirdiyi kadrlar yer alıb. Sözügedən görüntülər İstanbulun Eminönündəki Marputçular məscidində lentə alınıb. 

Dindar həyat tərzi sürən Alptekin, Sakıp Sabancı'nın dəfnindən çox təsirləndiyini və dindar həyatının dəfndən sonra başladığını deyib. 

Xatırladaq ki, Yaşar Alptekin 1964-cü il martın 10-da Tekirdağda doğulub. Şarköy liseyindən məzun olduqdan sonra İstanbula gəlib. 1980-ci ildə modelliklə məşğul olub. 1981-ci ildə rəqs yarışlarında iştirak edib. 1986-cı ildə "Kuruluş" adlı serialda rol alıb.

Həmin vaxtlar Yaşar Türkiənin ən məşhur modellərindən biir idi. O "Teyzem" adlı serialda aktrisa Müjde Ar ilə də tərəf müqabili olub. 

Milli.Az


Etiketlər:  Bir zamanların məşhur modeli dini fəaliyyətlə məşğul olmağa başladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ