Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Venesuelada mədənin çökməsi nəticəsində 15 nəfər ölüb

Venesuelada mədənin çökməsi nəticəsində 15 nəfər ölüb

Tarix: 22 Fevral 2024 07:56

Venesuelada Bolivar ştatında qeyri-qanuni fəaliyyət göstərən mədənin çökməsi nəticəsində 15 nəfər ölüb, 11 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

Prezident qeyd edib ki, qanunsuz fəaliyyət göstərən Bulya Loka mədənində axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Bolivar ştatının qubernatoru Anxel Markanonun rəsmi məlumatlarına görə, qəzada 15 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Maduro əlavə edib ki, fevralın 20-də Anqostura bələdiyyəsində açıq mədəndə 100 m enində 30 m dərinlikdə torpaq çökməsi baş verib və həmin ərazidə iki helikopterin də cəlb olunduğu axtarış-xilasetmə işləri davam edir.

Anxel Markano prezidentə bildirib ki, faciə yerinə ilk gələn mer Xordi Asineqas ölənlərin çox olması ilə bağlı səhv bəyanatlar verib. Nəticədə KİV, o cümlədən CNN tərəfindən yalan məlumat yayılıb.

Maduro ölən və yaralanan mədənçilərin ailələrinə iqtisadi və sosial yardım göstəriləcəyini bildirib. Prezident həlak olanların yaxınlarına başsağlığı verib.

Milli.Az


Etiketlər:  Venesuelada mədənin çökməsi nəticəsində 15 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ