Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bank of Baku”nun yeni sədri kimdir?

“Bank of Baku”nun yeni sədri kimdir?

Tarix: 22 Fevral 2024 10:32

"Bank of Baku"nun İdarə Heyətinin sədri dəyişib.

Belə ki, bankın İdarə Heyətinin sədrliyi Həsən Quliyevə həvalə olunub.

Həsən Quliyev karyerasına 2006-cı ildə başlayıb, ümumilikdə 18 illik peşəkar təcrübəyə sahibdir. Bu təcrübənin 14 ilini "Bank of Baku"dakı fəaliyyəti əhatə edir.

Həsən Quliyev "Bank of Baku"dakı işinə 2010-cu ildə ilk olaraq Daxili audit departamentinin direktoru olaraq başlayıb, daha sonra Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ilin martından İdarə Heyətinin üzvü seçilib və yanaşı olaraq Baş risk inzibatçısı vəzifəsini yerinə yetirib. 2021-ci ildən isə "Bank of Baku"nun İdarə Heyəti sədrinin I müavini kimi Biznes sahəsini kurasiya edib. 

Həsən Quliyev bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu - XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti - "Maastricht School of Management"də EMBA təhsili alıb.

Milli.Az


Etiketlər:  Bank of Bakunun yeni sədri kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ