Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 12:02
İngiltərə Premyer Liqasının 26-cı turunun açılış matçında lider "Liverpul" autsayder "Luton Taun"u qəbul edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Enfild"də baş tutan qarşılaşmada hesabı qonaqlar açsalar da, meydan sahibləri onları qol vurduqlarına peşman ediblər.
12-ci dəqiqədə Oqbenenin qapı çərçivəsinə vurulan dəqiq zərbəsinə mersisaydlılar van Deyk (56), Qakpo (58), Dias (71) və Elliotun (90) qolları ilə cavab veriblər - 4:1.
Beləliklə də, Yurgen Klopun yetirmələri xallarının sayını 60-a çatdıraraq liderliklərini möhkəmləndiriblər. "Luton" isə 20 xalla turnir cədvəlində 18-cidir.