Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL: Həftənin “ağsaqqalları”, gəncləri, rekordları və 3 ildən sonra vurulan qol

ÇL: Həftənin “ağsaqqalları”, gəncləri, rekordları və 3 ildən sonra vurulan  qol

Tarix: 22 Fevral 2024 13:44

Çempionlar Liqasının bu həftə keçirilən oyunlarının statistik hesabatı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS 1/8 finalın dörd matçında qeydə alınan ən maraqlı məqamları dərc edib.

"Porto"nun müdafiəçisi Pepe "Arsenal"la qarşılaşmaya (1:0) 40 yaş 360 günlüyündə çıxıb. O, turnirin tarixinə pley-off mərhələlərinin ən yaşlı sahə oyunçusu kimi düşüb. Yalnız üç qapıçı - Canluici Buffon, Aleksandr Şovkovski və Mark Şvartser daha yaşlı ikən şans qazanıb.

"Barselona"nın heyətində "Napoli" ilə görüşə (1:1) 16 yaş 223 günlüyündə çıxan Lamin Yamal turnirin tarixində pley-offun ən gənc futbolçusu olub.

"Napoli" turnirin tarixinə eyni mövsümdə üç fərqli baş məşqçisi olan 3-cü İtaliya klubudur. Rudi Qarsiya, Valter Matsaridən sonra komandanı meydana Françesko Kaltsona çıxarıb. "İnter" 2003/04, "Roma" 2004/05 mövsümündə üç baş məşqçiyə ehtiyac duyub.

"Napoli" həm də pley-offa qədər irəliləyən 3-cü klubdur ki, mövsüm ərzində üç baş məşqçisi olub. Müvəqqəti çalışdırıcılar nəzərə alınmamaqla buna "Real" 2004/05, "Çelsi" 2022/23 mövsümündə nail olub.

"Barselona" təxminən üç ildən sonra pley-offda qol vurub. Bu qola Robert Levandovski imza atıb. İspaniya klubu sonuncu dəfə 2021-ci il martın 10-da PSJ-nin qapısına yol tapıb. Həmin vaxt Lionel Messi fərqlənib.

35 yaş 184 günlüyündə rəqib qapısına yol tapan Robert Levandovski "Barselona"nın pley-offdakı ən yaşlı qol müəllifi olub. O, 33 yaş 259 günlüyündə fərqlənən Lionel Messini keçib.

Robert Levandovski Çempionlar Liqasında 34 fərqli rəqibə qol vurub. Kərim Benzema ilə eyni göstəriciyə malik polşalı hücumçu yalnız Lionel Messi (40) və Kriştiano Ronaldodan (39) geri qalır.

Robert Levandovski pley-offda üç fərqli komandanın heyətində qol vuran 14-cü futbolçudur. O, "Barselona"dan əvvəl Dortmund "Borussiya"sı və "Bavariya"da bunu bacarıb.

"Napoli"nin "Barselona" ilə matçdakı qoluna imza atan Viktor Osimhen Nigeriya rekorduna imza atıb. O, pley-offda 5 qol vuran ilk nigeriyalıdlr.

"Atletiko"nu 1:0 hesabı ilə məğlub edən "İnter" bütün turnirlər nəzərə alınmaqla qələbə seriyasını 9-a çatdırıb. Bu, Simone İnzaqinin baş məşqçiliyi dövründə ən uzun seriyadır.

"İnter" son 13 oyununun hamısında hesabı açan tərəf olub.

Lük de Yonq avrokuboklarda 40-cı dəfə fərqlənib. O, PSV-nin Dortmund "Borussiya"sı ilə oyununda (1:1) qol sevinci yaşayıb. O, Rud van Nistelroy (62), Klaas-Yan Huntelaar (55), Patrik Klyuvert (41) və Rob Rensenbrinkdən (40) sonra "40"a çatan 5-ci niderlandlıdır.

"Borussiya"da qol vuran Donyell Malen pley-off mərhələsinin tarixində öz həmyerlisinin qoruduğu qapıya qol vuran ilk niderlandlıdır.

1/8 final mərhələsinin səkkiz oyunundan altısında ilk hissədə qol vurulmayıb.

Milli.Az


Etiketlər:  ÇL Həftənin ağsaqqalları gəncləri rekordları 3 ildən sonra vurulan qol


RƏYLƏR