Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhurlardan “Qarabağ” - “Braqa” oyununa PROQNOZ

Məşhurlardan “Qarabağ” - “Braqa” oyununa PROQNOZ

Tarix: 22 Fevral 2024 17:38

"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə cavab matçına çıxacaq.

Milli.Az xəbər verir ki, Azərbaycanın tanınmış simaları Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma ilə bağlı İdman.Biz-in sorğusunu cavablandırıblar.

Müxtəlif sahələrin məşhurları Portuqaliya təmsilçisi önündə Qurban Qurbanovun yetirmələrini daha şanslı hesab edirlər.

Maraqlıdır ki, səsvermədə iştirak edənlərin hamısı "Qarabağ"ın qalib gələcəyini bildiriblər. Yalnız cüdoçu Turan Bayramov görüşün heç-heçə bitəcəyini proqnozlaşdırır.

Alim Qasımov (xalq artisti) - 2:0
Bəhram Bağırzadə (aktyor) - "Qarabağ" qələbə qazanacaq
Eldəniz Əzizli (güləşçi) - 2:1
Vaqif Sadıqov (AFFA-nın vitse-prezidenti) - "Qarabağ" yenidən tarix yazacaq
Rəşad Məcid (Mətbuat Şurasının sədri) - 2:1
Firdovsi Umudov (güləş mütəxəssisi) - 3:1
Turan Bayramov (cüdoçu) - 2:2
Əli Mirəliyev (müğənni) - "Qarabağ" qalib gələcək
Aqil Abbas (deputat) - 3:1
Orxan Səfərov (cüdoçu) - 2:1
Bilal Əliyev (müğənni) - 2:1

Qeyd edək ki, "Qarabağ" - "Braqa" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İlk görüşdə təmsilçimiz 4:2 hesabı ilə qalib gəlib.

Milli.Az


Etiketlər:  Məşhurlardan Qarabağ Braqa oyununa PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ