Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Fransadan silah almağa davam edəcək

Ermənistan Fransadan silah almağa davam edəcək

Tarix: 23 Fevral 2024 14:32

Ermənistan Fransadan silah almağa davam edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

Papikyan qeyd edib ki, "İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra regionda təhlükəsizliyin təmin edilməsinin səviyyəsindən asılı olmayaraq, Ermənistan Fransadan silah almağa davam edəcək".

Erməni nazir onu da vurğulayıb ki, ölkəsi ilə Fransa arasındakı hərbi əməkdaşlıq silahlı qüvvələrin demək olar ki, bütün sahələrini əhatə edir:

"Müdafiə sahəsində islahatlar istiqamətində, hərbi təhsil sahəsində dəstək, birgə təlimlər və əlbəttə ki, silahlı qüvvələrin və müdafiə vasitələrinin müasirləşdirilməsi üçün hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi prosesini xüsusilə vurğulamaq lazımdır", - Papikyan əlavə edib.

Milli.Az


Etiketlər:  Ermənistan Fransadan silah almağa davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ