Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 12:00
Aleksey Navalnının tərəfdarlarının siyasətçinin ölümü ilə bağlı məlumat üçün vəd etdikləri mükafatın məbləği 100 min avroya yüksəlib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov deyib.
Qeyd edilib ki, bundan əvvəl müxalifətçinin həmkarları onun ölümü ilə bağlı məlumat (qətl) və lazım gələrsə, Rusiyadan getməsinin təşkili üçün 20 min avro mükafat təklif etmişdilər.
Təklif təhlükəsizlik qüvvələri, FTX, İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Prokurorluğun əməkdaşlarına ünvanlanıb.
"Sizin statusunuz və Aleksey Navalnının siyasi fikirlərini bölüşüb-bölüşməməyinizin əhəmiyyəti yoxdur. Əsas universal prinsiplər var: ananı ələ salıb öldürülən oğlunun meyiti ilə şantaj etmək olmaz. Siz bunu dəstəkləyə bilməzsiniz və etməməlisiniz. İnsanlıq göstərin, oğlunu itirən anaya başsağlığı verin. Putinin mütləq cəhənnəm qəddarlığını və əxlaqsız cinayətlərini dəstəkləməyin", - fondun direktoru İvan Jdanov videomüraciətində bildirib.