Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İllər sonra bir səhnəni bölüşəcəklər

İllər sonra bir səhnəni bölüşəcəklər

Tarix: 24 Fevral 2024 13:55

"W-trio" qrupunun keçmiş üzvləri - Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elanrə Xəlilova illər sonra eyni səhnəni bölüşəcək.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə Elnarə Xəlilova "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, onlar birgə Vaqif Gərayzadənin yaradıcılıq konsertində çıxış edəcəklər:

""W-trio" indi də var, aprelin 10-da Heydər Əliyev Sarayında "Bir müəllifin axşamı" adlı möhtəşəm konsert olacaq. Dəyərli sənətçilərimiz orada yer alacaq. Həmin gecə Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadənin bəstələri səslənəcək. Təbii ki, "W-trio" da orada birinci heyətlə - Röya, Natavan və Elnarə orada çıxış edəcəklər. Bəstəkarın "Eşq" mahnısını birlikdə səsləndirəcəyik. Ayrılıqda da Vaqif müəllimin mahnılarını oxuyacağıq".

Milli.Az


Etiketlər:  İllər sonra bir səhnəni bölüşəcəklər


RƏYLƏR