Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2024 11:20
Hindistan hakimiyyəti növbəti beş il ərzində ölkənin hərbi-sənaye kompleksinin ümumi istehsalının və ixracının üç dəfə artacağını gözləyir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Racanath Sinqh bildirib.
Sinqhin sözlərinə görə, 2022-2023-cü maliyyə ilində (1 apreldən hesablanır) Hindistanın hərbi-sənaye kompleksi istehsalının həcmi ölkə tarixində ilk dəfə olaraq 12 milyard dollardan çox olub.
O xatırladıb ki, növbəti maliyyə ilinin büdcəsində bir il əvvəlki 71,5 milyard dollarla müqayisədə xərclərin 74,8 milyard dollara qədər artırılması nəzərdə tutulur. Büdcədən ən böyük payı isə Müdafiə Nazirliyi alıb.