Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham edilib

Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham edilib

Tarix: 26 Fevral 2024 08:25

Fransalı aktyor Jerar Depardyenin cinsi təcavüzü ilə bağlı Paris prokurorluğuna yeni şikayət daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun vəkili Karin Dyurye-Dibolt məlumat verib.

Qeyd olunur ki, söhbət Depardye tərəfindən 2021-ci ildə "Les Volets verts" (2022) filminin çəkiliş meydançasında quruluşçu rəssam kimi işləyən, soyadı açıqlanmayan 53 yaşlı Ameliyə qarşı edilən cinsi təcavüzdən gedir.

Qadın aktyoru 2021-ci ilin sentyabrında filmin çəkilişləri zamanı ona qarşı nalayiq ifadələr söyləməkdə və həmçinin kobudcasına bədəninin müxtəlif nahiyələrindəntutmaqda ittiham edir.

Artıq Depardyeyə qarşı bir neçə oxşar şikayətlər edilib.

Milli.Az


Etiketlər:  Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ