Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 10:08
Futbol üzrə İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən "Betis" - "Atletik" matçında işləyən köməkçi hakim Quadalupe Porras televiziya kamerası ilə toqquşaraq üz nahiyəsində zərbə alıb və meydanı xərəkdə tərk edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, insident matçın 13-cü dəqiqəsində baş verib. "Betis"in oyunçusunun qolundan sonra köməkçi hakim meydançanın kənarında yerləşən kamera ilə toqquşub. Onun üzü yarılıb. Həkimlər briqadası ona meydançada tibbi yardım göstərib.
Qadını ehtiyat hakim Nestor Olgeras əvəzləyib.