Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 15:10
Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarı versə, o zaman biz onu qəbul etməli olacağıq. Bizim problemimiz nədir? Bizə Rusiyanın necə reaksiya verəcəyi maraqlı deyil, bu, öz işimizdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri hakim "Mülki müqavilə" partiyasının deputatı Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, biz öz dövlətimizin mənafeyində maraqlıyıq.
Jurnalistlərin Ermənistanın sonda KTMT-ni tərk edib-etməyəcəyi sualına Melkonyan belə cavab verib:
"Hər şey öz vaxtında. Zamanı gələndə hər şeyi edəcəyik. "Dondurmaq" (Nikol Paşinyan "Frans 24" kanalına müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu demişdi - red.) o deməkdir ki, biz bir ildən artıqdır ki, KTMT-nin heç bir iclasında iştirak etmirik".
Qeyd edək ki, Vladimir Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda məlumat yayılıb. Ermənistan Xİn bu məlumatı təkzib etməyib.