Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stoltenberq: NATO qoşunları Ukraynaya göndərilməyəcək

Stoltenberq: NATO qoşunları Ukraynaya göndərilməyəcək

Tarix: 27 Fevral 2024 14:58

NATO qoşunları Ukraynaya göndərilməyəcək.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, NATO-nun Ukraynaya Alyans qoşunlarını göndərmək planı yoxdur: "NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir, lakin qoşun göndərmək planları yoxdur".

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl deyib ki, Alyansla birbaşa toqquşma qaçılmaz ola bilər.

Xatırladaq ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios də söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin, NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib. Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır. Litva XİN başçısı Qabrielius Landsbergis da Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl demişdi ki, NATO müharibəyə qoşula bilər.


Etiketlər:  Stoltenberq NATO qoşunları Ukraynaya göndərilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ