Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda qadın jurnalist həbs olundu

İranda qadın jurnalist həbs olundu

Tarix: 28 Fevral 2024 18:50

İranda "Etemad" qəzetinin jurnalisti və ictimai fəal Səba Azərpeyk iki il müddətinə həbs cəzasına məhkum edilib.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, o, sosial şəbəkələrdə yalan xəbərlər yaymaq, böhtan atmaq və təhdid etməkdə ittiham edilib. Bildirilib ki, qadın jurnalistə iki il həbs cəzası ilə yanaşı, iki il müddətinə sosial şəbəkədən istifadəyə qadağa da qoyulub.

Qeyd edək ki, İran parlamentinin bir neçə üzvü, o cümlədən Həsən Ruhaninin prezidentliyi dövründə İranın keçmiş sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni jurnalist Səba Azərpeyk barəsində məhkəməyə şikayət ediblər.

Milli.Az


Etiketlər:  İranda qadın jurnalist həbs olundu


RƏYLƏR