Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamildən jurnalistin "Gəncəli Qabil" iddiasına REAKSİYA: "Gündəmə gəlmək üçün..."

Kamildən jurnalistin

Tarix: 28 Fevral 2024 18:54

Jurnalist Məhəmmədli Qəribli tanınmış idmançı, fitnes məşqçisi Kamil Zeynallını tənqid edib. Ardınca isə məhz buna görə özünü "qanuni oğru" "Rufo Gəncinski"nin yaxın adamı kimi təqdim edən "Gəncəli Qabil" adlı şəxs tərəfindən hədə-qorxuya məruz qaldığını bildirib. K.Zeynallı isə sözügedən məsələyə reaksiya verib.  

Milli.Az sfera.az-a istinadən bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

K.Zeynallı qeyd edib ki, M.Qəribli məhz ondan istifadə edərək gündəmə gəlmək istəyir:

"Şikayətin varsa, bunu hüquq-mühafizə orqanlarına bildir. Bu söhbət nədir, bunlar kimlərdir bilmirəm. Amma bu jurnalist mənim başıma gələn işdən istifadə edərək gündəmə gəlməkdən ötrü özünü dəri-qabıqdan çıxardı. "Gəncəli Qabil" də kimdir bilmirəm. Bəlkə də özləri gündəmə gəlmək üçün bu söhbəti düz-qoş ediblər".

K.Zeynallı son olaraq vurğulayıb ki, adıçəkilən şəxslər onun vasitəsilə özlərinə "xal yığmaq" fikrindədirlər.

Milli.Az


Etiketlər:  Kamildən jurnalistin Gəncəli Qabil iddiasına REAKSİYA Gündəmə gəlmək üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ