Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 20:14
Ötən gün "Qəbələ" ilə MPL oyununda (4:0) zədələnən "Qarabağ"ın futbolçusu Juninyonun son durumu bəlli olub.
Sonxeber.net xəbər verir ki, braziliyalı hücumçunun zədəsi ciddi deyil. Bu barədə offsideplus.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
"Müayinədən sonra müəyyənləşdi ki, zədə o qədər də ciddi deyil, mikrozədədir. Yaxın vaxtlarda, yəni sabahdan etibarən məşqləri bərpa edəcək", klub rəsmisi qeyd edib.