Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndi - Bakı ultramarafonunda ikinci mərhələ başladı

Xankəndi - Bakı ultramarafonunda ikinci mərhələ başladı

Tarix: 1 Mart 2024 10:26

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonunun ikinci mərhələsinə start verilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, atletlər ikinci günə Yevlaxda başlayıblar.

"Qürurla irəli" şüarı ilə təşkil olunan marafonun ikinci mərhələsində iştirakçılar Yevlaxdan Ucara qədər məsafə qət edəcəklər. Atletlər 84 km qaçmaqda ən yaxşıları müəyyənləşdirəcəklər.

İdmançılar Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də paytaxta çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, ultramarafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.

Milli.Az


Etiketlər:  Xankəndi Bakı ultramarafonunda ikinci mərhələ başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ