Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Andrey Lunyov Rusiya millisində

Andrey Lunyov Rusiya millisində

Tarix: 1 Mart 2024 14:02

Rusiya millisinin martda keçiriləcək oyunlar üçün ilkin heyəti açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ"ın qapıçısı Andrey Lunyov da yığmaya namizədlər sırasında yer alıb.

Bu ay baş tutacaq təlim-məşq toplanışı üçün ilkin heyətə 38 futbolçu daxil edilib. Lunyov burada yer alan 4 qapıçıdan biridir. Onun əsas heyətə düşməkdə rəqibləri Matvey Safonov ("Krasnodar"), İlya Lantratov ("Lokomotiv") və Aleksandr Maksimenkodur ("Spartak").

Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Andrey Lunyov Rusiya millisində


RƏYLƏR