Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 20:30
Niderlandın Baş naziri Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə ölkəyə hərbi dəstəyi ehtiva edən on illik təhlükəsizlik sazişi imzalayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, saziş Xarkovda imzalanıb.
"Razılaşmaya hərbi dəstək və Ukraynanın müdafiə sənayesi və kiber dayanıqlılığının təkmilləşdirilməsi üzrə sazişlər daxildir", - deyə bəyanatda bildirilir.