Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2024 00:16
Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts qarşılıqlı əlaqələrin əvvəlindən bir-biriləri ilə anlaşa bilmirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Bildirilib ki, Fransa lideri kanslerdə cəsarət və ambisiyaların çatışmadığını düşünür.
Üstəlik, Makron Şoltsu dardüşüncəli lider kimi də xarakterizə edir.
Belə ki, yanaşmalardakı fərq Makronun Ukraynaya qoşunların göndərilməsi ilə bağlı bəyanatında çox aydın bəlli olurdu.
Bundan əlavə, "Blumberq"ə görə, Almaniya hökuməti də Makronu nəhəng planları reallaşdırmaqdan daha çox elan edən "monarxiya fiquru" kimi görür.
Qeyd edilir ki, iki lider arasında fikir ayrılığı Ukrayna münaqişəsinin gedişinə təsir edə bilər.