Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” əlavə gəlir üçün geyim istehsalına başlayır

“Barselona” əlavə gəlir üçün geyim istehsalına başlayır

Tarix: 3 Mart 2024 07:08

"Barselona" bu mövsümün sonunda "Nike" idman markası ilə əməkdaşlığı dayandıra və öz brendi altında formalar yaratmağa başlaya bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə kluba yaxın mənbələr xəbər verib.

Bildirilib ki, yekun qərarın mart ayının əvvəlində veriləcəyi bildirilib.

"Barselona" öz brendini artıq klubun bütün qeyri-idman geyimlərini istehsal edən BLM şirkəti vasitəsilə yaratmağı planlaşdırır. Klub öz brendinin "Nike"la əməkdaşlıqdan daha çox gəlir gətirəcəyinə əmindir.

Qeyd edək ki, "Barselona" hazırda 57 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Komanda lider "Real Madrid"dən 8 xal geri qalır.

Milli.Az


Etiketlər:  Barselona əlavə gəlir üçün geyim istehsalına başlayır


RƏYLƏR