Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan Marukyanı vəzifəsindən azad etdi

Paşinyan Marukyanı vəzifəsindən azad etdi

Tarix: 4 Mart 2024 14:36

Edmon Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan Respublikasının Baş nazirinin qərarına əsasən, o postundan azad edilib.

"Parlaq Ermənistan" partiyasının sədri Edmon Marukyan 2022-ci il martın 14-də xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

Fevralın 29-da Edmon Marukyan Baş nazir Nikol Paşinyana vəzifəsindən azad edilməsi barədə ərizə təqdim etdiyini açıqlayıb. Marukyan qərarını fundamental xarici siyasət məsələlərində hakimiyyətlə baxış fərqləri ilə əsaslandırıb.

Milli.Az


Etiketlər:  Paşinyan Marukyanı vəzifəsindən azad etdi


RƏYLƏR