Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlilliyi olan tələbələrin sayı açıqlandı

Əlilliyi olan tələbələrin sayı açıqlandı

Tarix: 4 Mart 2024 16:42

Ali təhsil müəssisələrində təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlanıb.

Bu barədə Milli.Az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verillib.

Bildirilib ki, dövlət və özəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində 1071 nəfər əlilliyi olan şəxs imtiyazlı təhsil alır.

Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən olunmuş  şəxslər, dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə digər əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqda onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.

Milli.Az


Etiketlər:  Əlilliyi olan tələbələrin sayı açıqlandı


RƏYLƏR