Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2024 18:32
Pakistan Müsəlmanlar Liqasının sədri Şahbaz Şərif hökumət başçısı kimi and içib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Bildirilib ki, Pakistanın 24-cü Baş naziri Şahbaz Şərifə Milli Məclisin (parlamentin Aşağı Palatası) 336 deputatından 201-i onun lehinə səs verib. Onun opponenti, hazırda həbsdə olan keçmiş baş nazir İmran Xanın lideri olduğu Ədalət uğurunda Hərəkat Partiyasının Baş katibi Ömər Əyyub Xan müstəqil namizəd kimi 92 səs toplayıb.
Qeyd edək ki, Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək baş nazir olub. Parlament etimadsızlıq göstərdiyi üçün İmran Xan 2022-ci ilin aprelində bu vəzifədən uzaqlaşdırılıb.
2024-cü il fevralın 8-də Pakistan parlamentinə seçkilər keçirilib.