Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ

Tarix: 16 Noyabr 2019 13:36

Bakı. Samir Əli -Trend:

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonlarına doğru evə buraxılacaqları ehtimalı edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı RƏSMİ


RƏYLƏR