Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2024 10:52
ABŞ prezidenti Cozef Bayden Venesuelaya qarşı birtərəfli sanksiyaların müddətini daha bir il uzadılması barədə göstəriş verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd olunub ki, 2015-ci ildə Vaşinqtonu Karakasa qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edən Venesueladakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və ifrat təhlükə yaratmaqda davam edir.
ABŞ-ın 2015-ci ildə tətbiq etdiyi sanksiyalar sonrakı illərdə uzadılıb və genişləndirilib.
Eyni zamanda, Vaşinqton əvvəllər bəzi məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan bir neçə lisenziya verib.