Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2024 19:25
Ailəsi ilə birlikdə Şri-Lankaya tətilə gedən dizayner İvana Sert timsah və kenquru əti yeyib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, məşhur tətildə çəkilən kadrlarını instaqramda izləyiciləri ilə bölüşüb.
"Şri-Lanka heyrətamiz, inanılmaz yerdir. Onun təbiəti və insanlarının həyat tərzi məni valeh etdi. Yeni istiqamətlər kəşf etmək məni xoşbəxt edir. Timsah, hətta kenquru ətini də daddım. Mən yeniliklərə açığam və fərqli zövqləri kəşf etmək məni həyəcanlandırır", - model qeyd edib.