Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - FOTO

UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - FOTO

Tarix: 6 Mart 2024 21:40

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları "Qarabağ" - "Bayer" oyunu ilə bağlı paylaşım edib.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, paylaşımda bildirilib: "UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda 4-cü gün Bakıda görüşəcək".

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. "Qarabağ" 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" görüşü saat 21:45-də başlayacaq.


Etiketlər:  UEFA Qarabağ Bayer matçı ilə bağlı diqqətçəkən paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ