Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” milyonlarla təzminat ödəyəcək

“Apple” milyonlarla təzminat ödəyəcək

Tarix: 6 Mart 2024 22:12

"Apple" Kanadalı "iPhone" istifadəçilərinə 14,4 milyon dollar ödəməyə razılaşıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "CBC News" məlumat yayıb.

Bildirilib ki, ABŞ korporasiyası şirkəti "iPhone"nun sürətini azaltmaqda günahlandıran Kanada sakinləri ilə mübahisəli məsələni həll edib.

Belə ki, "Apple" uzun müddətdir ki, batareyaları köhnəlmiş smartfonların məhsuldarlığını aşağı salıb.

Razılaşma müqaviləsinə əsasən, hər bir iddiaçı 17,50-dən 150 Kanada dollarına qədər təzminat alacaq.

Ödəniş məbləği şəraitdən asılı olaraq müəyyən ediləcək. 

Qeyd edək ki,  "Apple", 2018-ci ildə batareyanın ömrünü uzatmaq üçün köhnə batareyaları olan "iPhone"ların performansını qəsdən azaltdığını etiraf edib. Şirkət üzr istəyib, istifadəçilərə bu funksiyanı söndürmək imkanı verib və "iPhone"lar üçün əvəzedici batareyaların qiymətlərini aşağı salıb.

Milli.Az


Etiketlər:  Apple milyonlarla təzminat ödəyəcək


RƏYLƏR