Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

62 yaşlı kişiyə 217 dəfə "COVID 19" vaksini vurulub

62 yaşlı kişiyə 217 dəfə

Tarix: 6 Mart 2024 22:14

Almaniyada qəribə hadisə baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 62 yaşlı kişiyə 217 dəfə "COVID 19" vaksini vurulduğu məlum olub.

"Lancet İnfeksiya Xəstəlikləri" jurnalında yayımlanan məlumata əsasən, vaksinlər 29 ayı əhatə edən bir dövrdə eyni özəl klinikalardan alınıb.

Erlangen-Nurember Universitetinin apardığı araşdırmalardan sonra sözügedən kişidə heç bir problem olmadığı müəyyən edilib. 

Həmin universitetin "Mikrobiologiya" fakültəsindən olan həkim Kilian Schober bildirib ki, bu xəbərləri jurnaldan öyrənib:

"Bu xəbəri biz qəzetlərdən öyrəndik. Daha sonra onunla əlaqə qurduq. Bəzi testlərdən keçməyini istədik. O özü də buna çox maraq göstərdi. Mütəxəssislər onun qan örnəklərinə qədər hamısını araşdırdı. ".

Milli.Az


Etiketlər:  62 yaşlı kişiyə 217 dəfə COVID 19 vaksini vurulub


RƏYLƏR