Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2024 15:38
2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin Çinə polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 faiz azalaraq, 4,3 milyon dollara bərabər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin fevral ayında Türkiyə Çinə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 62,9 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 2,5 milyon dollara bərabər olub.
"Bu ilin fevral ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 31,2 faiz çoxdur" - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 15,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib.