Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Pulla aldığım mahnını Brilliant Dadaşova oxudu"

Tarix: 9 Mart 2024 17:15

"O sənətkara o qədər böyük hörmətim var ki... Onun yanında böyüdüm. Bir iş alınmayanda, yaxşılığını fikirləşirəm. Bir mahnı aldım, pulunu verib aranjimana göndərdim. İki günə mahnı çıxmalıdır. Birdən köməkçim zəng etdi ki, mahnını dəqiq almısan? Brilliant Dadaşova mahnını radioda oxuyur. Zəng etdim bəstənin müəllifinə ki, eyib deyil, belə şey olar?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Xəbər-ətər" proqramında deyib. Sənətçi aldığı mahnını ondan əvvəl Xalq artisti Brilliant Dadaşovanın oxumasından danışıb:

"Sən demə, Brillaint Dadaşovaya göndəriblər, ondan səs çıxmayıb. Bəstə mənə satılıb. Qayıtdılar ki, mediaya çıxardaq, belə olmaz. Dedim ki, olmaz, sənətkar oxuyub. Bu artıq sənətkarın mahnısıdır. Bu haqda heç bir yerdə danışmaq olmaz. Dedim, pulu qaytarın. Amma əvəzinə başqa mahnı göndərdilər".

Milli.Az


Etiketlər:  Pulla aldığım mahnını Brilliant Dadaşova oxudu


RƏYLƏR