Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kəpəz" - "Neftçi" oyununda baş verən qalmaqalın ANBAAN VİDEOsu

Tarix: 9 Mart 2024 18:02

Premyer Liqanın 26-cı turunun "Kəpəz" - "Neftçi" oyununda insident yaşanıb.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, hadisə komandalar fasiləyə yollanan zaman baş verib.

Qalmaqal görüşün AFFA nümayəndəsi Məmmədəli Məmmədovla "Kəpəz" azarkeşi arasında başlayıb.

Buna səbəb həmin azarkeşin baş hakim Rəvan Həmzəzadəni təhqir etməsi olub.

Ardınca meydan sahiblərinin digər fanatları da münaqişəyə qoşulub.

Yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Milli.Az


Etiketlər:  Kəpəz Neftçi oyununda baş verən qalmaqalın ANBAAN VİDEOsu


RƏYLƏR