Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin mümkün qazancı müəyyənləşdi

Azərbaycan millisinin mümkün qazancı  müəyyənləşdi

Tarix: 10 Mart 2024 12:24

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan yığmasının "FİFA Series"də keçirəcəyi matçların dəyəri dəqiqləşib.

Monqolustan və Bolqarıstanla üz-üzə gələcək Arif Əsədovun yetirmələri hər iki qarşılaşmada qələbə qazansa, 8,6 reytinq xalı əldə edəcək. İlk oyunda yalnız qələbə, ikincidə isə hətta heç-heçə milliyə qazanc gətirəcək. İki uğursuzluq isə 11,4 xalın itirilməsi ilə nəticələnəcək.

22 mart
Azərbaycan - Monqolustan
Qələbə: 2,5
Heç-heçə: -2,5
Məğlubiyyət: -7,5

25 mart
Azərbaycan - Bolqarıstan
Qələbə: 6,1
Heç-heçə: 1,1
Məğlubiyyət: -3,9

Qeyd edək ki, Azərbaycan millisi hazırda 1174.22 xalla dünyada 113-cüdür.

Milli.Az


Etiketlər:  Azərbaycan millisinin mümkün qazancı müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ