Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boksçumuz erməniyə qalib gəldi

Boksçumuz erməniyə qalib gəldi

Tarix: 11 Mart 2024 09:42

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 final çərçivəsində ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.

Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala gedən yolda qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.

Milli.Az


Etiketlər:  Boksçumuz erməniyə qalib gəldi


RƏYLƏR