Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi irəliləyəcək – FİFA reytinqində

Azərbaycan millisi irəliləyəcək – FİFA reytinqində

Tarix: 11 Mart 2024 10:40

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, beynəlxalq ekspertlər bu ay keçiriləcək oyunların gözlənilən nəticələrinə əsasən yeni siyahı ilə bağlı proqnoz hazırlayıb.

Ehtimallar cədvəlində Azərbaycan millisi bir pillə irəliləyib. 1182,78 xalı olacağı gözlənilən yığmamız 112-ci sırada qərarlaşacaq. Buna komandamızın Monqolustan və Bolqarıstanla görüşləri səbəb olacaq.

Əgər ehtimallar doğrulsa, millimiz Keniya və Konqonu keçəcək. Əvəzində Hindistan yığmamızı geridə qoyacaq.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, üç gün sonra Bolqarıstanla üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Azərbaycan millisi irəliləyəcək FİFA reytinqində


RƏYLƏR