Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104 illiyi qeyd olunub

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104 illiyi qeyd olunub

Tarix: 11 Mart 2024 16:42

104 il əvvəl yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) hər il olduğu kimi bu il də növbəti yaranış gününü qeyd edib. Bu münasibətlə cəmiyyətin üzvləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Texniki Universitetində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıqdan, cəmiyyətin humanitar sahədə gördüyü işlər barədə məlumat verib.

AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov cəmiyyətin tarixi, keçdiyi yol, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrdən bəhs edib.

Tədbirdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətindən danışıb və xatirə hədiyyəsi təqdim edib.

Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak, AzQAÇ-ın fəal üzvləri çıxış edərək ürək sözlərini söyləyiblər.

Sonra universitetin akt zalında ilk yardım vərdişlərinin aşılanması üzrə təlim keçirilib. Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Təlimdən sonra incəsənət ustalarının ifasında musiqi nömrələri səsləndirilib.

Milli.Az


Etiketlər:  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104 illiyi qeyd olunub


RƏYLƏR