Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 13:32
"Finlandiya NATO-ya üzv olmaqla Rusiya ilə ideal münasibətlərini məhv edib".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına və "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Bizim Finlandiya ilə ideal münasibətlərimiz var idi. Bir-birimizə qarşı nə ərazi, nə də digər sahələrdə iddialarımız var idi. Rusiya-Finlandiya sərhədində qoşunlarımız da yox idi, onları oradan geri çəkmişdik. Onlar bunu nəyə görə etdilər? Çox güman ki, hansısa "çətir" altında Qərb klubunun üzvü olmaq istədilər. Bu onların nəyinə lazımdır, anlamıram. Bizim orada qoşunumuz yox idi, bundan sonra olacaq", - deyə Putin qeyd edib.
Xatırladaq ki, Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub.