Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva Ermənistanın təhqiramiz ritorikasından narahatdır

Moskva Ermənistanın təhqiramiz ritorikasından narahatdır

Tarix: 13 Mart 2024 18:16

Rusiya Ermənistanın KTMT-yə münasibətdə ritorikasının ultimativ və təhqiredici olduğunu hesab edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Moskva Ermənistan rəhbərliyinin KTMT haqqında ultimatum və bəzən təhqiramiz ritorikasından narahatdır.

"Eyni zamanda, biz heç vaxt heç bir dövlətin öz xarici siyasət kursunu müəyyən etməsi üçün suveren hüququnu şübhə altına almamışıq. Bu, tam olaraq KTMT-yə də aiddir. Ermənistanın hazırkı kursunu davam etdirməsi Moskva ilə İrəvan arasında mövcud müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər", - Rusiya XİN sözçüsü vurğulayıb.


Etiketlər:  Moskva Ermənistanın təhqiramiz ritorikasından narahatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ