Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2024 18:32
Rusiyada məhkəmə "Google"u 4 milyon rubl (təxminən 44 min dollar) cərimələyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Google"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Məhkəmə "YouTube"da bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və "Google"u 4 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edib.
Qeyd edək ki, "Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.