Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kişi başqası ilə xoşbəxtdirsə, evdəkini bədbəxt edir"

Tarix: 14 Mart 2024 08:15

"İnsan zamanla fikirlərini dəyişir. Vaxt var idi düşünürdüm ki, həyat yoldaşım mənə xəyanət etsə, qadın olaraq ölərəm, amma bir ana olaraq övladlarımın xöşbəxt olması üçün yaşayaram. Amma indi belə düşünmürəm".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbərin var?" verilişində bir müddət əvvəl aktrisa Xuraman Əlizadənin "Həyat yoldaşımın xəyanətini bağışlayaram" sözlərinə münasibət bildirərkən deyib. Sənətçi xəyanətlə üzləşmədiyini bildirib:

"Yoldaşımla ailə quranda ona demişdim ki, haçansa məni sevməsən, başqa bir qadında xoşbəxtlik tapsan, get. Bu, Azərbaycan qadını üçün bəlkə də pis səslənə bilər. Amma bir kişi başqası ilə xoşbəxtdirsə, o, evdəkini artıq bədbəxt edir. Bunu İncəsənət Gimnaziyasında oxuyanda müəllimim, Əməkdar incəsənət xadimi Ayaz Salayev demişdi. O vaxt ikinci dəfə ailə qurmuşdu. Soruşdum ki, ikinci dəfə niyə ailə qurdunuz? Cavab verdi ki, "Artıq mən onu yox, başqa qadını xoşbəxt etdiyimi başa düşdüm. Onu bədbəxt etmək haqqım yoxdur. O da öz xoşbəxtliyini tapmalıdır".

İnsan başqası ilə xoşbəxtdirsə, evdəkini də bədbəxt etməməlidir. Əgər xanım qərar verirsə ki, tam olaraq kişini ona buraxmıram, yenə də mənim həyat yoldaşımdır, evimdə rahat olum, evimə gəlsin, bunu başa düşərəm. Bu da onun öz prinsipləridir. Kişi onsuz da başqa yerdə xoşbəxtdirsə, bunu öz evində yarada bilməz. İnanmıram ki, başqasını sevən kişi evə gələndə xanımını, övladlarını xoşbəxt etsin. Bəlkə də belə atalar var. Məncə, başqasını sevirsə, onu tutub saxlamağın bir mənası yoxdur.  Evdə yaşamaq olar, amma ər-arvad kimi yox, valideyn kimi. Yenə də insan yekə danışmamalıdır. Başıma gəlsə, onda bilərəm nə edərəm.

Mən qadını çiçək hesab edirəm. əgər sən məni sevmirsənsə, məni yox, başqa gülü qoxulayırsansa, Necə olaram?".

Milli.Az


Etiketlər:  Kişi başqası ilə xoşbəxtdirsə evdəkini bədbəxt edir


RƏYLƏR