Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ bu ölkəyə Rusiyanı vura biləcək raketlər verir

ABŞ bu ölkəyə Rusiyanı vura biləcək raketlər verir

Tarix: 14 Mart 2024 08:44

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM "yer-hava" raketləri alacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Gazeta.pl" portalına müsahibəsində Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Rujanski deyib.

"Laskedə yerləşdirilmiş və JASSM raketləri ilə təchiz edilmiş təyyarələrimiz Visla çayına qədər uça və Belarus və Rusiyadakı hədəfləri məhv edə bilər. Söhbət Kalininqrad vilayəti, eləcə də Rusiyanın digər regionlarından gedir", - deyə general bildirib.

Qeyd edək ki, iki gün öncə ABŞ Polşaya 3,7 milyard dollarlıq raket satışına razılaşıb.

Milli.Az


Etiketlər:  ABŞ bu ölkəyə Rusiyanı vura biləcək raketlər verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ