Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolik aparıcıları BİABIR ETDİ: “Efirə çılpaq gəlin ki, reytinq verin” – VİDEO

Tolik aparıcıları BİABIR ETDİ: “Efirə çılpaq gəlin ki, reytinq verin” – VİDEO

Tarix: 15 Mart 2024 11:25

"Bəsdirin, aparıcılar, öz verilişlərinizdə müğənniləri bir-birinə qırdırıb, dava-dalaş saldınız. Özünüzü elə aparırsınız ki, elə bil, hamınızın "ətəyində namaz qılmaq olar". Müğənniləri bu günə gətirdiyinizə görə bu gün televiziyalarda bəzi verilişlər sərt tənqid olunur və məhdudiyyətlər qoyulur. Bu kimi hallar mənim də başıma gələ bilərdi. Amma rəhbərliyim sağ olsun ki, dedi ki, mənə sənin verilişində reytinq lazım deyil". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişində deyib. 

Tarix aparıcıların verilişlərində reytinq xətrinə müğənniləri "ailə dağıdan" kimi göstərmələrinə sərt şəkildə etiraz edib: 

"Sözüm aparıcılaradır. Mən bilmirəm müğənnilərin həyatını? Siz məndən ağıllısınız? Mən müğənnilərin yanında "yatıb-dururam". Mən bildiklərimin çoxusunu isə siz bilmirsiniz. Elə bilirsiniz ki, hamıdan ağıllısınız? Müğənnilər artıq insanlara maraqlı deyillər. Siz aparıcılar müğənniləri bir-biri ilə dalaşdırırsınız, sonra da "xeyir işi"niz olanda onları çağırırsınız ki, "Gəl, oxu". Amma belə müğənniləri insanlara "ailə dağıdan" və sairə kimi pis tərəfdən göstərirsiniz. Axı siz bunları niyə edirsiniz? Mənim rəhbərliyim deyib ki, sənin reytinqin mənə lazım deyil.

Mənə baxan tamaşaçıların qarşısında baş əyirəm. Baxmayanın da canı sağ olsun. Amma mən siz aparıcılar kimi müğənnini bura efirə çıxarıb "Ərin nə vaxt gəlib, getdi, Sənə nə aldı?" kimi şeyləri sorğu-sual etmərəm. Aparıcılardan biri var idi, verilişində müğənnilərə sual verirdi ki, "Botoksların nə boydadır, dolğuların neçə kiloqramdır?" Sizə qışda dondurma lazım idi? Yox!
Amma indi o aparıcılar təşvişə düşüblər... Müğənnilərə zəng vurub sual verirlər ki, "Efirə gələndə nə və necə gələcəksiniz?" Bundan əvvəl isə deyirdiniz ki, efirə çılpaq gəlin ki, reytinq verin. Mənə belə reytinq lazım deyil. İnsanlar buna görə mənim üzümə söyəcəksə, mənə belə reytinq lazım deyil". 

Milli.Az


Etiketlər:  Tolik aparıcıları BİABIR ETDİ Efirə çılpaq gəlin ki reytinq verin VİDEO


RƏYLƏR