Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tacir Şahmalıoğlu oğlunun toyunu niyə ləğv edib? - "Qız dedi ki..."

Tacir Şahmalıoğlu oğlunun toyunu niyə ləğv edib? -

Tarix: 15 Mart 2024 20:20

"Ailəlikcə toya hazırlaşırdıq, amma arzumuz baş tutmadı".

Milli.Az bildirir ki,bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu oğlunun nişanlanması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. 

Sənətçi oğlunun toyunu ləğv etməsindən danışıb:
"Oğluma yaxın dostumun qızını alacaqdım. Amma qız son anda razılıq vermədi, bildirdi ki, özünün istədiyi oğlan var. Nə edə bilərdik ki? Bunu bildik və toyu ləğv etdik". 
Tacir Şahmalıoğlu bundan narahat olmadığını də vurğulayıb:
"Azərbaycan böyükdür, qızdan çox qız var. Oğlumun qisməti çatanda bizi düz ünvana aparacaq. Təki mənim oğluma tapılmayan qız olsun. Allah bütün balaları xöşbəxt eləsin, mənimkilər də onların arasında". 

Qeyd edək ki, bir müddət bundan əvvəl müğənni Tacir Şahmalıoğlu oğlunu evləndirəcəyini açıqlamışdı.

Sənətçi oğlunun dostunun qızı ilə nişanlayacağını bildirmişdi. edildikdə müvafiq keçidin qoyulması tələb olunur.

Milli.Az


Etiketlər:  Tacir Şahmalıoğlu oğlunun toyunu niyə ləğv edib Qız dedi ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ