Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırmızı vərəqə yox idi, VAR-da oturanlar elə etdilər ki... - Beynəlxalq dərəcəli hakim

Qırmızı vərəqə yox idi, VAR-da oturanlar elə etdilər ki... - Beynəlxalq dərəcəli hakim

Tarix: 16 Mart 2024 12:08

"Hakim düzgün qərar vermişdi, qırmızı kart yox idi. Lakin VAR-da oturanlar onu yönləndirdilər".

Sonxeber.net bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Bayer" - "Qarabağ" matçında qonaq komandanın əleyhinə verilən qırmızı vərəqə ilə bağlı AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri, beynəlxalq dərəcəli hakim Xəqani Məmmədov deyib.

Xəqani Məmmədov bildirib ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev qayda pozuntusunu mərkəz xəttində etsəydi, tək oyunçu qaldığı üçün qırmızı kart vermək doğru qərar olardı:

"Amma hücum cinahdan gedirdi və digər müdafiəçi onu sığortalaya bilərdi. 9-10 addım atandan sonra tarazlığını itirib yıxıldı, buna görə qırmızı vərəqə göstərildi. Əslində, hakim düzgün qərar vermişdi. Lakin VAR-da oturanlar onu yönləndirdilər".

Xəqani Məmmədovun sözlərinə görə, İngiltərə futbolunda belə epizoda qırmızı kart verilmir:

"İngiltərəli hakim Entoni Teylor epizoda yaxın idi. Əvvəlcə düzgün qərar vermişdi. Təəssüflər ki, futbolda yeni bir tendensiya yaranıb, hakimlər və VAR-da olanların yalandan olsa belə, bir-birini dəstəkləməsi dəb halına düşüb. Yəni hakim düşünür ki, öz verdiyim qərarı saxlasam, VAR-da əyləşən hakimlərə pis olar. Hər yerdə belədir, hakimlər bir-birini dəstəkləyirlər".

Beynəlxalq dərəcəli hakim oyuna əlavə olunan vaxtdan da danışıb: "Oyuna 6 dəqiqə artırılması düzgün qərar idi. Çünki zədələnmə, simulyasiya, əvəzetmələr var idi. 6 dəqiqənin içində heç nə baş verməmişdi, nə əvəzetmə, nə də zədələnmə vardı. Oyunu düz 55 saniyə artıq oynatdı ki, qol vursunlar. Ondan sonra xala xətri qalmasın deyə 2-3 dəqiqə artıq oynatdı ki, kompensasiya olsun".


Etiketlər:  Qırmızı vərəqə oturanlar elə etdilər Beynəlxalq dərəcəli hakim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ